BAKI, 9 iyul. TELEQRAF
"Həyat yoldaşım iki dəfə 2011-ci ildə insult keçirib. O andan bəri bu xəstəliklə 2011-ci ildən mübarizə aparır".
Bunu Teleqraf-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, aşıq Əhlimanın həyat yoldaşı Aybəniz Salmanova deyib.
O qeyd edib ki, Aşıq Əhliman uzun müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparır.
"İkinci dəfə COVID-19 pandemiyasından sonra insult keçirən zaman vəziyyəti daha da ağırlaşdı. O zaman peyvənd vurdurdu və ikinci peyvənddən sonra səhhətində pisləşmə oldu. Nitqi və yaddaşı ilə bağlı problemlər yaranıb. Hazırda ev şəraitində müalicəsi davam edir", - deyə Aybəniz Salmanova bildirib.
Qeyd edək ki, aşıq Əhliman Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiri olub.