Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda yol hərəkəti qaydalarını pozan yük avtomobili sürücüsünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 7-də, paytaxtın Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Belə ki, 90-CY-762 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü svetoforun qırmızı işığında görüntünü qeydə alan avtomobilin önünə keçərək hərəkətə mane olub. Hadisə anını qeydə alan sürücünün iddiasına görə, yük avtomobilinin sürücüsü yolboyu qayda pozaraq hərəkət edib. İrad bildirən zaman isə, "əcəb edirəm, get kimə istəyirsən şikayət et" deyərək özünü haqlı çıxarıb.
Sürücü Dövlət Yol Polisi İdarəsindən həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.