AZ

Fazil  Mustafa  Elman Cəfərlini  təbrikedib

Millət  vəkili  Fazil  Mustafa  "YAŞIL DÜNYA"  Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlini  50  illik  yubileyi  münasibətilə  təbrik  edib. Təbrikdə  deyilir:

"Hörmətli Elman müəllim,

Sizi qarşıdan gələn 50 illik əlamətdar yubileyiniz ilə bağlı səmimi qəlbdən təbrik edirəm! Çox şadam ki, bu ilki yubileyinizi doğma Ağdamın, bütün Qarabağın azad edilməsinin beşinci ildönümü və "Böyük Qayıdış" proqramının uğurlu icrasının sevinci içində keçirirsiniz.

Siz vətəndaş cəmiyyəti, eləcə də, media sahəsində illərdir ardıcıl və ictimai dəyər yönümlü fəaliyyət göstərirsiniz.

Həyat və fəaliyyət yolunuz, pedaqoji fəaliyyətdən media sahəsinə, jurnalistikadan ekoloji və sosial maarifləndirmə layihələrinə, vətəndaş cəmiyyəti təşəbbüslərindən dövlət qurumları ilə səmərəli əməkdaşlığa qədər geniş əməli fəaliyyət sahələrini əhatə edir. Sizin uzun illərdir, ölkəmizdə ictimai şüurun formalaşması, milli-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyəti institutlarının güclənməsi, başqa sözlə, sosial məsuliyyətin təşviqi və maarifləndirmə yönündə gördüyünüz işlər təqdirəlayiqdir.

Respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinizə görə 15 iyul 2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı əsasında "Fəxri Diplom" ilə, habelə bir sıra ictimai mükafatlarla təltif edilmisiniz.

Sizə möhkəm cansağlığı, iş avandlığı, mənəvi dəyərlərin təbliği və ümumən ictimai fəaliyyətdə yeni uğurlar arzulayıram!

Yubileyiniz mübarək olsun!

Hörmətlə,

Komitə sədri:                                      Fazil MUSTAFA"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
4
olaylar.az

5Mənbələr