AZ

Məşhur brend diabetdən əziyyət çəkən uşaqlar üçün bunu etdi Fotolar

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Dünyaca məşhur oyuncaq şirkəti Mattel yeni "Barbie" gəlinciyini təqdim edib.

Axşam.az xəbər verir ki, daha əvvəl skoliozlu və eşitmə aparatlı "Barbie" gəlinciklərini istehsal edən oyuncaq markası 1-ci tip diabetli ilk oyuncağını alıcıların ixtiyarına verib.

Yeni "Barbie" "Breakthrough T1D" qeyri-kommersiya təşkilatı ilə birgə hazırlanıb. Belə ki, oyuncağın üzərində olan alət insulini ölçmə cihazı ilə istehsalçı uşaqları özlərini daha rahat hiss etməyə və tək olmadıqlarını aşılamağa istiqamətlənib.

Qeyd edək ki, "Barbie" 1959-cu ildən mövcud olsa da, "Mattel" 2019-cu ildə fiziki qüsurlu və digər xəstəlikləri olan uşaqlar üçün gəlinciklər satışa buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
axsam.az

1Mənbələr