UEFA Konfrans Liqasına Türkiyədə hazırlaşan "Zirə" təlim-məşq toplanışı çərçivəsində birinci yoxlama matçını bu gün keçirəcək.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Türkiyə I Liqa təmsilçisi "Keçiörengücü" ilə qüvvəsini sınayacaq.
Oyun Bakı vaxtı ilə saat 18:45-də başlanacaq.
"Qartallar" iyulun 17-dək Türkiyədə hazırlıq keçəcəklər.
Qeyd edək ki, "Zirə" qardaş ölkəyə uçmamışdan öncə Bakıda "Qarabağ"a 0:4 hesabı ilə uduzub.