Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda qaydalara əməl etməyən təlimçinin videosu sosial şəbəkədə tənqid edilib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 8-də, paytaxtın Abay Kunanbayev küçəsində qeydə alınıb. Belə ki, 77-TD-474 qeydiyyat nişanlı "Changan" markalı avtomobillə təlim keçən sürücü, tələbəni sükan arxasında buraxaraq özü yolun kənarındakı obyektlərdən birinə daxil olub. Bu zaman arxadan gələn avtomobillərin yolu kəsilərək hərəkət çətinləşib.
Görüntünü qeydə alan sürücü yaranmış vəziyyətdən narazı olduğunu bildirərək həmin videonu sosial şəbəkədə paylaşıb və təlimçini tənqid edib.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.