AZ

"Araz-Naxçıvan" ilk yoxlama oyununa çıxacaq

Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Operativ Media xəbər verir ki, komanda Türkiyə 3-cü liqası təmsilçisi "Bayburtspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.

Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər. 

Seçilən
39
2
operativmedia.az

3Mənbələr