AZ

"Araz-Naxçıvan"ın Türkiyə klubu ilə oyun günü

style='margin-bottom:10px;'>

"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda Türkiyə 3-cü liqası təmsilçisi "Bayburtspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.

Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər. 

Xatırladaq ki, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Yunanıstanda olacaq. 

Seçilən
61
1
teleqraf.com

3Mənbələr