
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) hakim “Taliban” qruplaşmasının (hərəkat terror təşkilatı siyahısındadır) lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqaninin həbsinə order verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BCM-nin saytında məlumat verilib.
Məlumata görə, Axundzadə və Həqqani qızlara və qadınlara qarşı gender əsaslı təqibləri sifariş etmək, təhrik etmək və ya təşviq etməklə insanlığa qarşı cinayətlər törədiblər.