AZ

Katolikos I Aram: Ermənistandakı gərgin vəziyyət dialoqla həll olunmalıdır

BAKI, 9 İYUL. TELEQRAF

Kilikya Böyük Evinin Katolikosu I Aram Ermənistanda yaranmış gərgin ictimai-siyasi vəziyyətlə bağlı bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bəyanatda o, ölkədə formalaşmış qeyri-sağlam və milli dəyərlərə zidd atmosferdən dərin narahatlıq keçirdiyini bildirib və vəziyyətin həlli üçün dialoqa çağırış edib.

"Ermənistanda bu cür qeyri-sağlam və anti-milli mühitin yaranması utancverici haldır. Təəssüf ki, yaranmış vəziyyəti ifadə etməyə erməni dilində sözlər kifayət etmir. Xüsusilə Müqəddəs Eçmiədzin və Milli Assambleya kimi strateji əhəmiyyətə malik qurumlarda müşahidə olunan atmosfer dərin təəssüf doğurur", – deyə Katolikos bəyanatında qeyd edib.

Katolikos I Aram vurğulayıb ki, hər bir cəmiyyətdə fikir ayrılıqları və qarşıdurmalar ola bilər, lakin bu məsələlər yalnız hüquqi və institusional çərçivədə, sakit və sağlam mühitdə müzakirə olunmalıdır.

Seçilən
47
teleqraf.com

1Mənbələr