AZ

Sürücülər hələ də bu yerlərdə dayanmağın cəriməsindən xəbərsizdir - 2 bal 40 manat - FOTO

Paytaxtda taksi duracaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt olunması halları tez-tez müşahidə olunur. Bu vəziyyət taksi sürücülərinin narazılığına səbəb olur. Onlardan biri redaksiyamıza müraciət edərək bu problemin işıqlandırılmasını xahiş edib. Avtosfer.az xəbər verir ki, təqdim olunan görüntülərdə də açıq şəkildə görünür ki, taksi duracağı nişanı olan ərazidə digər avtomobillər park edilib. Bu isə taksi sürücülərinin işini xeyli çətinləşdirir.

Şikayətçi sürücünün sözlərinə görə, duracaqların zəbt olunması səbəbindən onlar məcbur qalıb ödənişli parklanma yerlərində dayanaraq sifariş qəbul edirlər. Bu da əlavə xərcə səbəb olur və sürücülərin qazancına mənfi təsir göstərir.

Qeyd edək ki, əvvəllər taksi duracaqlarında digər avtomobillərin dayanmasına görə cərimə tətbiq edilmirdi. Lakin qanunvericiliyə edilən dəyişiklikdən sonra bu qaydanı pozan sürücülər 2 bal 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

Seçilən
2
1
avtosfer.az

2Mənbələr