ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, finala gedən yolda PSJ (Fransa) və “Real” (Madrid, İspaniya) klubları üz-üzə gələcək.
Avropa təmsilçilərinin dueli saat 23:00-da başlayacaq. Qalib gələcək komanda finalda İngiltərə “Çelsi”sinə rəqib olacaq.
Klublararası dünya çempionatı
Yarımfinal
9 iyul
23:00. PSJ (Fransa) – “Real” (Madrid, İspaniya)
Qeyd edək ki, dünya çempionatında final iyulun 13-də olacaq.
İdman.biz