BAKI, 9 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ticarət rüsumlarının qüvvəyə minməsini iyulun 9-dan avqustun 1-nə təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent ölkə rəhbərindən ticarət müqavilələri bağlamaq üçün ona daha çox vaxt verməsini istəyib.
İddia olunur ki, Amerika lideri ticarət danışıqlarında irəliləyişin olmaması ilə bağlı köməkçilərindən narazılığını bildirib.
Bessent və bir sıra digər Amerika rəsmiləri Trampı inandırıblar ki, əlavə vaxt onlara Avropa İttifaqı və Hindistan da daxil olmaqla ticarət tərəfdaşları ilə danışıqlarda irəliləyiş əldə etməyə imkan verəcək.