AZ

Corco Kyellini ABŞ klubunda səhmdar olub

İtaliya yığmasının keçmiş futbolçusu Corco Kyellini "Los-Anceles" klubunun həmsahibi olub.

Operativ Media xəbər verir ki, bu barədə Kaliforniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Yuventus"un keçmiş müdafiəçisi ABŞ klubunun səhmlər paketinin bir hissəsini alıb. Kyellini 2022-2023-cü illərdə "Los-Anceles"in şərəfini qoruyub və 45 oyunda meydana çıxıb. O, komandanın heyətində MLS müntəzəm çempionatı və Liqa kubokunun qalibi olub.

Qeyd edək ki, Corco hazırda Turin klubunda futbol strategiyası üzrə direktor vəzifəsini tutur.

Seçilən
38
operativmedia.az

1Mənbələr