AZ

Kyellini bu klubun ortaq sahibi oldu

"Yuventus"un və İtaliyanın sabiq müdafiəçisi Corcio Kyellini "Los-Anceles"in ortaq sahibi olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kaliforniya klubunun rəsmi saytı məlumat yayıb.

Kyellini 2022-2023-cü illərdə "Los-Anceles"də çıxış edib. Bu komandanın heyətində 45 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu komandanın tərkibində italiyalı oyunçu müntəzəm çempionatın qalibi və MLS kubokunun qalibi olub.

Hazırda Kyellini "Yuventus"un futbol strategiyasının direktoru vəzifəsində çalışır. Corcio İtaliya millisi ilə Avropa çempionudur. O, 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib.

Seçilən
32
90deqiqe.az

1Mənbələr