Klublararası Dünya Çempionatında ilk finalçı məlum olub.
Offsideplus.az xəbər verir ki, "Fluminense" 2:0 hesabı ilə məğlub edən "Çelsi" adını finala yazdırıb.
"Zadəganlar"a qələbə gətirən qolları 1 həftə öncə komandaya qoşulan Joao Pedro vurub.
"Çelsi" finaldakı rəqibi sabah keçiriləcək PSJ - "Real Madrid" matçından sonra müəyyənləşəcək.
Qeyd edək ki, həlledici qarşılaşma iyulun 13-də oynanılacaq.