AZ

Polşa Avropa İttifaqı və NATO-nun vədlərinə inamı şübhə altına alıb

Polşa hakimiyyəti Avropa İttifaqı (Aİ) və NATO-nun vədlərinə kor-koranə inanmağın ölkəni iqtisadi və hərbi baxımdan fəlakətə apara biləcəyindən narahatdır. Bu barədə Mysl Polska nəşri yazıb.

Yazıda bildirilir ki, Polşa siyasətçiləri xüsusilə Aİ-nin “Yaşıl Saziş” (Green Deal) çərçivəsində 2040-cı ilə qədər istixana qazı emissiyalarının azaldılması planına qarşı çıxırlar. Onlar hesab edirlər ki, bu təşəbbüs ölkənin sənayesinin qalan hissəsini də məhv edə bilər.

Həmçinin vurğulanır ki, NATO və Aİ ölkələrinin hərbiləşdirilməsi prosesi də təhlükəli tendensiyalardan biridir. Nəşr qeyd edir ki, alyans üzvü olan dövlətlər digər ölkələri silah almağa və müdafiə sənayesinə böyük vəsaitlər yatırmağa məcbur edir. Bu isə iqtisadi yükü daha da artırır və milli maraqlara ziddir.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr