AZ

Uimbildon Open-də ilk yarımfinalçılar bəlli olub

Mövsümün 3-cü "Böyük Dəbilqə" turniri Uimbildon Open-də ilk yarımfinalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, kişilərin mübarizəsində Karlos Alkaras (İspaniya) və Teylor Frits (ABŞ) mərhələ adlayıblar.

İspaniyalı raketka ustası 1/4 finalda yerli idmançı Kemeron Norrini hər üç setdə məğlub edib (6:2, 6:3, 6:3). Amerikalı tennisçi isə rusiyalı rəqibi Karen Xaçanovdan gücllü olub - 3:1 (6:3, 6:4, 1:6, 7:6 (7:4)).

Qadınların yarışında gərgin mübarizədə Arina Sabalenka (Belarus) Laura Siequmund (Almaniya) məğlub edib. Üç set davam edən görüşdə belaruslu idmançı geri dönüş edə bilib (4:6, 6:2, 6:4). Digər 1/4 final cütündə isə rusiyalı Anastasiya Pavlyuçenkova Amanda Anisimovaya (ABŞ) uduzub (1:6, 6:7 (9:11)).

Qeyd edək ki, sabah sonuncu yarımfinalçılar bəlli olacaq.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr