AZ

Goranboyda tikinti mağazasında yanğın oldu

BAKI, 8 iyul. TELEQRAF

Goranboy rayonunda tikinti mağazasının zirzəmisində yanğın olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

İlham Əmrahova məxsus 150 kv.m sahəsi olan mağazanın 50 kv.m zirzəmi hissəsi naməlum səbəbdən yanıb.

Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Şöbəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr