AZ

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.

Fanat.Az xəbər verir ki, Uilyam Paço və Lukas Ernandes diskvalifikasiya ediliblər.

Klublararası dünya çempionatının 1/4 finalında "Bayern Münhen"lə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular qarşıdakı iki oyunu kənardan izləyəcəklər. Bu isə o deməkdir ki, Paço və Lukas PSJ-nin iyulun 9-da "Real Madrid"ə qarşı keçirəcəyi yarımfinal matçında və komanda finala çıxsa, həlledici dueldə oynamayacaqlar.

Klubun yaydığı açıqlamada hər iki oyunçunun bu gün komandanı tərk edəcəyi bildirilib.

Seçilən
75
1
fanat.az

2Mənbələr