55 yaşlı Güləbətin Zəkiyeva 2 aydan çoxdu ki, dayanacaqda yaşayır.
O, deyir ki,bundan əvvəl reabilitasiya mərkəzində yaşayıb. Xəstəliyi səbəbindən ordan çıxarılıb.
Əslən Qubadandır. Güləbətin Zəkiyeva deyir ki, ata anası 10 ildən çoxdur vəfat edib, özü də bacı qardaşı ilə yaşamaq istəmədiyinə görə Bakıya gəlib.
Güləbətin Zəkiyeva dayanacaqda yaşamağın çətin olduğunu bildirdi. Ancaq yaşının çoxluğundan onu işə götürmədiklərini də bildirdi.
Ətrafda yaşayan sakinlər də bu dayanacaqda gecələyən qadının vəziyyətindən narahatlıqlarını dilə gətirdilər.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Murad Həşimov bildirdi ki, Güləbətin Zəkiyeva 2021-ci ildə Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb. O, keçən il öz ərizəsi ilə sığınacaqdan çıxıb. Bu il isə yenidən müəssisəyə qəbul edilib və müalicə alması məqsədilə 3 dəfə müxtəlif xəstəxanalara yerləşdirilib, amma vətəndaş hər dəfə öz istəyi ilə xəstəxananı tərk edib. Sonra qadın daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonuna yola salınıb, lakin qısa müddət yaxın qohumlarının yanında qaldıqdan sonra yenidən Bakıya qayıdıb. Güləbətin Zəkiyevanın ailəsinə reinteqrasiya olunmasına və müalicəsi üçün müvafiq tibb müəssisəsinə yerləşdirilməsinə cəhd göstərilsə də vətəndaş etiraz edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.