AZ

“Qeysəriyyə əməliyyatı üçün göstəriş olmalıdır” – TƏBİB-dən AÇIQLAMAVİDEO

Ötən il 33 690 qeysəriyyə əməliyyatı icbari tibbi sığorta hesabına icra olunub.

Xezerxeber.az xəbər verir ki, təbii doğuş kimi qeysəriyyə əməliyyatı da dövlət xəstəxanalarında ödənişsiz icra edilir. Lakin hələ də bir çox vətəndaş bu xidmətdən xəbərsizdir.

İcbari tibbi sığorta üzrə dövlət agentliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, əməliyyatdan başqa, hamilələrin müayinələri də sığorta ilə qarşılanır.

O da qeyd edilib ki, hamilə qadınlar istənilən ambulator xidmət göstərən dövlət  xəstəxananda ixtisaslı həkimə müraciət edə bilərlər.

Stasionar tibbi  xidmət, yəni xəstəxananda yatış zamanı tibbi xidmət və dərman vasitələri də sığorta hesabına qarşılanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
18
1
xezerxeber.az

2Mənbələr