AZ

Müxtəlif qayda pozuntuları adına gəldi...VİDEO

İdarə etmədiyi avtomobilə görə vətəndaşın adına cərimə protokolları gəlir.

Xezerxeber.az xəbər verir ki, belə bir hadisə Saatlı rayon Mircəlal kənd sakini Nizami Məmmədovun başına gəlib.

O, qeyd edir ki, ona məxsus olan  10-DR-107 dövlət qeydiyyat nişanlı "QAZ" markalı yük aftomobili sürülmədiyi halda ona 50 manat cərimə protokolu gəlib.

Məlum olub ki, cərimə əslində başqa maşının imiş...

Vətəndaş bununla bağlı Saatlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə müraciət edib. Ona BDYPİ-nə müraciət etməsi bildirilib.

Məsələyə Baş Dövlət Yol Polisi idarəsi də münasbət bildirib. Sürücü ümid edir ki, eyni texniki xəta yenidən təkrarlanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
1
xezerxeber.az

2Mənbələr