AZ

Bakı-Sumqayıt qatarında yeni hərəkət qrafiki nə vaxtdan tətbiq ediləcək?VİDEO

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir. 

Xezerxeber.az xəbər verir ki, artıq ənənəvi hal alan bu qayda mövsümlə əlaqədar olaraq tətbiq edilir.

Bildirilib ki, yay dövrünü əhatə edən dəyişikliklə bağlı iyulun 10-dan etibarən həftəiçi günlərdə dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Qrafikdən çıxarılan reyslər Bakı-Sumqayıt-Pirşağı-Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı dəmiryol vağzalından isə saat 09:30 və 10:30 reysləridir. Həmçinin Bakı-Xırdalan və Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqamətləri üzrə Bakı dəmiryol vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr