AZ

AAF-ın vitse-prezidenti IWF-in “Məsləhət qrupu”nda yer alacaq

Bakı. Trend:

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidentiFirdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının“Məsləhət Qrupu”na üzv təyin edilib.

Trend xəbər verir ki, AAFprezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəlisürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycanağırlıqqaldırma idmanı tarixində ilkdir.

Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma FederasiyasındanAAF-a rəsmi təbrik məktubu daxil olub. 08.07.2025-ci il tarixindəIWF prezidenti Məhəmməd Calud tərəfindən ünvanlanan məktubdadeyilir:

"Hörmətli cənab Umudov,

IWF “Məsləhət Qrupu”nun üzvü təyin olunmağınız münasibətilə sizisəmimi qəlbdən təbrik edirik. Bu mühüm vəzifəyə seçilməyiniztəcrübəniz, fədakarlığınız və ağırlıqqaldırma idmanına verdiyiniztöhfələrin sübutudur. Əminik ki, sizin fikir və məsləhətləriniz“İcraiyyə Şurası”nın fəaliyyətinə dəstək olacaq, IWF-in stratejiməqsədlərinin inkişafına böyük dəyər verəcəkdir.

İdmanımızın və onun qlobal icmasının gücləndirilməsində davamlıliderliyinizi və əməkdaşlığınızı gözləyirik. Bu mühüm vəzifədə sizəuğurlar arzulayırıq.

Bir daha sizi layiqli təyinatınız münasibətilə təbrikedirəm.

Hörmətlə,

İWF prezidenti Məhəmməd Calud!"

Qeyd edək ki, İWF-ə üzv olan 200-dən artıq ölkənin federasiyanümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsiölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmizAvropa və Dünya Ağırlıqqaldırma Federasiyalarının rəsmistrukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı.

Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur vənailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentiİlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildəAzərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə"Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə"Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiqgörülüb.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçiFirdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilinməşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ənyaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizəyazdırıb.

Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən AzərbaycanAğırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icraedir. O, eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsininrəisidir.

Seçilən
9
5
az.trend.az

6Mənbələr