AZ

FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı

style='margin-bottom:10px;'>

FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb.

QOL.az xəbər verir ki, bunlar müdafiəçilər Uilyam Paço və Lukas Ernandesdir.

Klublararası dünya çempionatının 1/4 finalında "Bavariya" ilə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular iki oyunluq cəzalanıblar. Bu isə o deməkdir ki, sözügedən oyunçular PSJ-nin iyulun 9-da "Real"la keçiriləcək yarımfinal matçını və komanda finala çıxsa, həlledici görüçü də buraxacaqlar.

 Klubun yaydığı açıqlamada hər iki oyunçunun bu gün komandanı tərk edəcəyi bildirilib.

Bizi İnstaqramda izləmək üçün keçid et

Seçilən
76
8
teleqraf.com

10Mənbələr