Partlayışda yaralanan 3 nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir... Vəziyyətləri ağırdır...
Xezerxeber.az xəbər verir ki, güclü partlayış Abşeron rayonunda qeydə alınıb. Ev tamami ilə dağıdıb, 3 nəfər partlayış səbəbilə ağır yaralanıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
TƏBİB-dən verılən məlumata görə, saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub. Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Baş vermiş hadisənin səbəbələri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.