AZ

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri barəsində QƏRAR VERDİ

Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ölkədən çıxmamaq barədə iltizam tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Müxalifətdə olan “Ermənistan” fraksiyasının rəhbərinə Ermənistan Cinayət Məcəlləsinin maddələri üzrə ittihamlar irəli sürülüb.

Bu maddələrə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatların göstərilməsi daxildir.

Bizim.Media

Seçilən
28
10
bizim.media

10Mənbələr