AZ

Damian Çex “Fulhem”lə müqavilə imzaladı

Məşhur çexiyalı qapıçı Petr Çexin 16 yaşlı oğlu, çex qapıçı Damian Çex böyük futbolda özünün ilk peşəkar müqaviləsini imzalayıb.

Arena.az məlumat verir ki, yeniyetmə qapıçı “Fulhem”ə qoşuduğu haqda özünün sosial şəbəkə hesabları üzərindən özü məlumat paylaşıb.

Damian Çex “bağçılar”la 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Azarkeşlər bu xəbəri “yeni Çex” ümidi ilə, yeniyetmə qapıçının məşhur atası, əfsanəvi qapıçı Petr Çexi xatırlamaqla şərh ediblər.

Seçilən
30
arena.az

1Mənbələr