AZ

“Zirə” yeni futbolçu aldı “Sabah”da oynayırdı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Zirə” heyətinə yeni futbolçu cəlb edib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb. 

Bu, klubun yayda heyətinə qatdığı 5-ci oyunçu olub. "Zirə" bunadək Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradovu, eləcə də icarə qaydasında burada oynamış "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlini də birdəfəlik transfer etmişdi.

Vinsent Tillə gəlincə, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq Azərbaycanda “Sabah”da çıxış edib.

Bizi İnstaqramda izləmək üçün keçid et

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
19
qol.az

10Mənbələr