AZ

Bəstəkar Ruslan Əhmədoğlu dəfn edildi

BAKI, 8 iyul. TELEQRAF

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu bu gün Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılıb.
Teleqraf xəbər verir ki, mərhumla vida mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və birsıra ictimai-siyasi şəxslər iştirak ediblər. Tanınmışlardan əməkdar artist Babək Niftəliyev, xanəndə Eldəniz Məmmədov və müğənni Manaf Ağayev göz yaşlarını saxlaya bilməyiblər.
Ruslan Əhmədoğlunun anası fəryad edib:
"Atanı çox istəyirdin... Get, atana qovuş. Adam istirahətdən xoş qayıdar... Bu şərəfli adın, zəhmətsevərliyin, insanlara əl tutmağın, yardımsevərliyin hamısı sənə yaraşırdı".
Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə istirahət üçün Türkiyəyə yollanmışdı. Dənizdə olarkən ayağından qıcolma keçirib, ciyərlərinə duzlu su dolduğu üçün komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
63
teleqraf.com

1Mənbələr