Ermənistan parlamenti gizli səsvermədən sonra əvvəlcə müxalifətçi deputat Artur Sarkisyanı toxunulmazlıqdan məhrum edib, sonra isə onun həbsinə icazə verib.
Bakues.az “Armenpress”ə istinadən xəbər verir ki, Prokurorluq onu konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham edir.
Sessiya yerli portallarda canlı yayımlanıb.
Sarkisyan özü bu ittihamın siyasi təqib olduğunu bildirərək təhlükəsizlik qüvvələrini gözləməyib və özü saxlanılacağı İstintaq Komitəsinin binasına gəlib.
İstintaq deputatın həbsi barədə vəsatətlə məhkəməyə də müraciət edəcək.
Qeyd edək ki, Artur Sarkisyan “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqratın yaxın adamıdır və o eyni ittihamla həbs edilib.