AZ

Rusiyanın Nəqliyyat Nazirliyinə yeni təyinat

BAKI, TurkicWorld

Andrey Nikitin Rusiyanın yeni nəqliyyat naziri təyin edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

“Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin”, - fərmanda qeyd olunub.

Xatırladaq ki, ötən gün Putin Roman Starovoytu bu vəzifədən azad etmişdi. Elə həmin gün Nikitin müvəqqəti nazir səlahiyyətlərini icra etməyə başlamışdı. O, ötən ilin fevralından nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

Seçilən
60
turkic.world

1Mənbələr