AZ

Putin intihar edən nazirin yerinə onu təyin etdi

Rusiya Prezidenti Vladimir Putin yeni nəqliyyat naziri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu vəzifəyə Andrey Nikitini gətirib.

Qeyd edək ki, Nikitin fevral ayından Rusiyanın nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib. O, öz xahişi ilə bu vəzifədən azad edilib. Nikitin, bundan əvvəl Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.

Xatırladaq ki, ötən gün vəzifəsindən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt intihar etmişdi.

Seçilən
77
6
qafqazinfo.az

7Mənbələr