Astroloji proqnozlara əsasən, iyul ayının ikinci yarısında bəzi bürclər üçün maliyyə baxımından çətinliklər gözlənilir. Ulduzların düzülüşünə görə, tezliklə gözlənilməz xərclər, uğursuz sərmayələr və emosional alış-verişlər müəyyən bürclər üçün risk yarada bilər.Metbuat.az həmin bürcləri təqdim edir: Əqrəb – Aldanma və gözlənilməz xərclərlə üzləşə bilərlər. Pul yatırımları və kredit məsələlərində diqqətli olmaq tövsiyə olunur.Əkizlər – Emosional qərarlarla ani alış-verişlər bu bürc altında doğulanların büdcəsinə mənfi təsir göstərə bilər. Maliyyə intizamı önəmli olacaq.Dolça – Sosial çevrədən gələn maddi təkliflər və ya borc istəkləri Dolçaları çətin vəziyyətə sala bilər.Tərəzi – Estetik dəyişikliklər və şəxsi xərclər artacağı üçün balanslı yanaşma tələb olunur.