AZ

"Zirə" "Sabah"dan ayrılan futbolçunu heyətinə qatdı

BAKI. 8 iyul. TELEQRAF

“Zirə” futbolçu Vinsent Tilli heyətinə qatıb.

Teleqraf "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, luksemburqlu yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq “Sabah”da çıxış edib.

Seçilən
34
19
teleqraf.com

10Mənbələr