İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması iddiası ilə bağlı məhkəmə işi sentyabrın 11-nə təyin edilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Əkrəm İmamoğlu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə qəbul edilib.
İstanbul Məhkəməsi məhkəmə prosesinin sentyabrın 11-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, prokuror keçmiş bələdiyyə sədrinə 8 il 9 ay müddətinə həbs cəzası istəyib.
Ona qarşı rəsmi sənəddə saxtakarlığa yol verməsi ittihamı irəli sürülüb.