AZ

Azərbaycanın 12 boksçusu Serbiyada Avropa birinciliyində mübarizə aparacaq

Azərbaycanın yeniyetmə boksçuları iyulun 10-da Serbiyanın Novi Pazar şəhərində start götürəcək Avropa birinciliyində mübarizə aparacaqlar.

Operativ Media xəbər verir ki, yarış 7 gün davam edəcək.

Oğlan boksçulardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov birincilikdə Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Məhəmməd Rəsulov (50 kq), Sadiq Musayev (52 kq), Raul Heydərli (54 kq), Əflatun İsmiyev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Dəniz Zeynalov (66 kq), Adil Zalov (70 kq), Hüseyn Vahabov (75 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcəklər.

Seçilən
42
2
operativmedia.az

9Mənbələr