AZ

Mile Svilar “Roma” ilə yeni müqavilə imzalayacaq

“Roma” qapıçısı Mile Svilar paytaxt klubu ilə əməkdaşlığı davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, serb əsilli belçikalı qolkiperlə artıq razılıq əldə olunub. Yeni müqavilənin müddəti 5 il olacaq və futbolçu hər mövsüm üçün 4 milyon avro maaş alacaq. Müqavilədə heç bir təzminat məbləği (buy-out clause) yer almayacaq.

Sövdələşmənin 11 iyulda rəsmiləşdirilməsi gözlənilir. Qeyd edək ki, futbolçunun agentləri bu transferdən heç bir komissiya gəliri əldə etməyəcək – bu məsələ ümumiyyətlə müzakirə mövzusu olmayıb.

25 yaşlı Svilar 2022-ci ildən “Roma”nın formasını geyinir. O, geridə qalan mövsümdə bütün turnirlər daxilində 51 oyunda meydana çıxıb, 19 matçda qapısını toxunulmaz saxlayıb və ümumilikdə 51 qol buraxıb.

Transfermarkt portalı təcrübəli qapıçını 25 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
79
90deqiqe.az

1Mənbələr