AZ

Saşa İliç “Sumqayıt”la bağlı hədəflərini açıqladı

Ötən gün “Sumqayıt”ın baş məşqçisi vəzifəsinə təyin edilmiş Saşa İliç bu gün jurnalistlər önünə çıxaraq bəzi sualları cavablandırıb.

Arena.az xəbər verir ki, serbiyalı mütəxəssis təyinatı ilə bağlı danışarkən bunları vurğulayıb:

“Klub nümayəndələri ilə Belqradda görüşümüz oldu. Daha sonra bir illik müqavilə bağladıq. Azərbaycan futbolu barədə bəzi məlumatları burada oynayan futbolçulardan almışam. Xüsusən də serbiyalı və monteneqrolu oyunçulardan. Azərbaycan futbolu haqqında məlumatlarım var”.

Yeni baş məşqçi komandanın hədəfini də açıqlayıb:

“Növbəti mövsümdə daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq. Hazırda əsas məqsəd oyun üslubunu qurmaq və komandanı formalaşdırmaqdır. Daha sonra nəticələr barədə düşünəcəyik. Növbəti mövsüm avrokubokları hədəf götürmüşük. Amma bunun üçün ilk növbədə komanda formalaşmalıdır. Təbii ki, hər məşqçi kimi, mən də komandanın tam hazır olmasını istəyərdim. Amma hazırda 16-17 oyunçu var. Bu məsələ barədə klub prezidenti ilə danışıb növbəti mövsümə hazırlaşacağıq”.

Saşa İliç Rusiyanın “Pari” (Nijni Novqorod) klunundan ayrılması ilə bağlı sualı da cavablandırıb:

“Məqsədim komandanı Premyer Liqada saxlamaq idi və bunun öhdəsindən gəldim. Amma niyə belə olduğunu bilmədim. Yunanıstanın “Atromitos” klubunda da müəyyən nəticələr əldə etmişdim. Həmçinin Bolqarıstanda da pis nəticə göstərməmişdim. Müasir futbolda bir komandada bir mövsümdən artıq qalmaq çox çətindir”.

Xatırladaq ki, İliç ötən gün “Sumqayıt”la 1 illik müqaviləyə imza atıb.

Seçilən
45
2
arena.az

6Mənbələr