AZ

"Tesla"yabu dəfə də Maskın Amerika Partiyası zərbə vurdu

Həftəsonu yeni siyasi partiya qurduğunu açıqlayan İlon Mask Amerika Partiyası adını verdiyi bu təşəbbüslə yenidən gündəmə gəlib. Lakin bu gözlənilməz addım bazarlar tərəfindən ehtiyatla qarşılanıb və "Tesla" səhmləri həftəyə ciddi dəyər itkiləri ilə başlayıb.

Avtosfer.az xəbər verir ki, Mask Amerika Partiyasının hələ rəsmi şəkildə təsis edilmədiyini bildirsə də, məqsədlərini artıq dəqiqləşdirib. Onun planı ABŞ Konqresində bir neçə Senat və 8–10 Nümayəndələr Palatası yerini qazanaraq mühüm qanunların qəbulunda tarazlığı dəyişəcək təsir gücünə sahib olmaqdır. Mask bu sayədə xalqın iradəsini əks etdirən qərarların veriləcəyinə inanır.

Bu siyasi təşəbbüs xüsusilə "Tesla" investorlarını narahat edib. Şirkət son aylarda çətin bir dövr keçirir – satışlar azalır, bazar dəyəri sürətlə aşağı düşür. Yalnız ötən ay "Tesla" 150 milyard dollar dəyərində itki verib. 2025-ci ilin ilk rübündəki 71 faiz mənfəət azalması da vəziyyəti daha da ağırlaşdırıb.

Maskın siyasətə atılması ABŞ prezidenti Donald Trampla yeni bir gərginliyə də yol açıb. İkili 4 iyulda qəbul edilən və “Böyük, gözəl qanun layihəsi” (One Big, Beautiful Bill) adlandırılan iqtisadi paket üzərində qarşı-qarşıya gəlib. Mask bu qanunun dövlət borcunu artırdığını və ətraf mühit layihələrinə zərər verdiyini iddia edir. Tramp isə qanunu qətiyyətlə müdafiə edir.

Sözügedən qanun layihəsi elektrikli avtomobillər və bərpa olunan enerji sahəsinə tətbiq olunan vergi güzəştlərini aradan qaldırır. Bu isə "Tesla" kimi yaşıl texnologiyalara sərmayə qoyan şirkətlərə birbaşa mənfi təsir göstərir. Tramp "TruthSocial" platformasında yayımladığı mesajda Maskı sərt şəkildə tənqid edərək “İlon tamamilə idarədən çıxıb. Tam bir qatar qəzasına çevrildi” sözlərini işlədib. Prezident həmçinin ABŞ-da üçüncü partiyaların tarixən uğur qazana bilmədiyini xatırladıb.

Tramp hesab edir ki, yeni qanun vətəndaşlara benzinli, hibrid və digər texnologiyalar arasında sərbəst seçim imkanı verərək bazar azadlığını gücləndirir. Elektrikli avtomobil məcburiyyətinin aradan qaldırıldığını vurğulayır.

Bütün bu hadisələr İlon Maskın yalnız biznesdə deyil, siyasətdə də aktiv və iddialı rol oynamağa hazırlaşdığını göstərir. Lakin bu yeni siyasi yol, onun şirkətləri, xüsusilə "Tesla" üçün ciddi riskləri və qeyri-müəyyənlikləri də özü ilə gətirir.(valyuta.az)

Seçilən
29
1
avtosfer.az

2Mənbələr