“Birlikdə zamanımızın əsas çağırışlarına — təhlükəsizlik, müdafiə, nüvə enerjisi, kosmos, innovasiya, süni intellekt, miqrasiya və mədəniyyət sahələrinə toxunacağıq.” O əlavə edib ki, Paris və London “əməli, effektiv və davamlı şəkildə əməkdaşlığı dərinləşdirmək” niyyətindədir. Bu səfər, Böyük Britaniyanın 2020-ci ildə Avropa İttifaqını qalmaqallı şəkildə tərk etməsindən sonra Aİ ölkəsindən olan ilk dövlət başçısının dövlət səfəridir və eyni zamanda 2008-ci ildən bu yana Fransız prezidentinin ilk Böyük Britaniya səfəsidir (sonuncu səfəri Nikola Sarkozi etmişdi). Səfər çərçivəsində Makron Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə bir neçə görüş keçirəcək. 2024-cü ildə hakimiyyətə gələn Starmer, Brexit-dən qaynaqlanan illərlə davam edən gərginlikdən sonra Avropa paytaxtları ilə əlaqələri yenidən qurmaq vədini yerinə yetirməkdədir.
Görüşlərdə əsas mövzular kimi müharibədən əziyyət çəkən Ukraynaya yardım, müdafiə xərclərinin artırılması və miqrantların La-Manş boğazını kiçik qayıqlarla keçməsinin qarşısını almaq üçün birgə səylər müzakirə olunacaq.Baş nazir Starmer-in ofisi bu səfəri “tarixi” adlandıraraq, onun Britaniya və Fransa arasındakı mövcud münasibətlərin genişliyini nümayiş etdirəcəyini bildirib.