AZ

Daha bir gərginlik: Makron əlini uzatdı, həyat yoldaşı görməzdən gəldi

 Fransa Prezidenti Emmanuel Makron ilə həyat yoldaşı Briqit Makron arasındakı gərginlik bir daha kameralara əks olunub. 

Sherg.az xəbər verir ki, Makron, İngiltərə səfəri zamanı təyyarədən enən həyat yoldaşına əl uzatsa da, Briqit onun əlini tutmaq əvəzinə pilləkənin tutacağından yapışmağı üstün tutub. Prezidentin uzatdığı əl havada qalıb, Makron əlini utancaqlıqla geri çəkib.

Daha sonra avtomobildə görüntülənən cütlük arasında soyuqluq hiss olunub; Briqit Makron telefonuna fokuslanaraq əri ilə ünsiyyət qurmayıb. Bu görüntülər qısa müddətdə sosial mediada geniş yayılıb.

Bu hadisə, Briqit Makronun may ayında Vyetnam səfəri zamanı Makronun üzünü iki əli ilə itələdiyi görüntülərdən sonra yaşanıb. O görüntülər Fransada böyük əks-səda doğurmuş, "Le Parisien" qəzeti “Şillə, yoxsa mübahisə?” başlığını atmışdı. Makron isə bunun sadəcə “zarafat” olduğunu bildirmişdi.

Son hadisə, cütlük Kral Çarlz və Kraliça Kamilla ilə birlikdə ənənəvi at arabası keçid mərasiminə qatılmağa hazırlaşarkən baş verib. Gözlənilməz bu davranışlar evlilikdə gərginlik iddialarını yenidən gündəmə gətirib.

Turan

Seçilən
54
6
sherg.az

6Mənbələr