Bakı. Trend:
İspaniyanın Pamplone şəhərində keçirilən San-Fermin festival;ndaənənəvi öküz qaçışı zamanı səkkiz nəfər yaralanıb.
Trend xəbər verirki bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qaçış zamanı yaralanmış səkkiz nəfər xəstəxanayaçatdırılıb. Zərərçəkənlərin hər birinin yaşı 25-dən yuxarı olub. Ənağır yaralanmış şəxsi hiddətlənmiş öküz buynuzu ilə qaldıraraq yerəçırpıb.
Qeyd edək ki, San-Fermin festivalı Pamplona şəhərində hər il6-14 iyul tarixlərində keçirilir. Ənənəvi olaraq bu müddət ərzində“ensyerro” adı ilə məşhur olan 12 öküzlə qaçış yerinəyetirilir.