AZ

Yunanıstan parlamentində zəhərli məktub şoku Rusiyadan göndərildiyi iddia olunur

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yunanıstanın paytaxtı Afinada yerləşən Parlament binasında bu gün səhər saatlarında şübhəli bir zərf aşkar edilib.

"AzPolitika" xarici KİV-lərə istinadla xəbər verir ki, ağ rəngli tozla örtülü olan zərfin Rusiyadan göndərildiyi iddia olunur. 

Hadisə parlamentin poçt bölməsində qeydə alınıb. Yerli mətbuatın yaydığı məlumata görə, şübhəli zərf Yunanıstan Baş naziri Kiryakos Miçotakisə göndərilən məktublar arasında olub. Üzərində ağ rəngli toz olan zərfin aşkarlanmasından sonra əraziyə Yunanıstan Yanğınsöndürmə Xidməti və Fövqəladə Hallara Müdaxilə Xüsusi Bölməsi (EMAK) daxil olmaqla 12 nəfərlik heyət və 4 texnika cəlb edilib. Parlament binası və ətrafı təhlükəsizlik məqsədilə tam kordon altına alınıb.

İlkin araşdırmalarda zərfdə aşkarlanan ağ tozun tərkibi hələ müəyyən edilməyib. Lakin təhlükəsizlik xidmətləri maddənin şarbon ola biləcəyi ehtimalını istisna etmir. Zərf təhlükəsiz şəkildə toplanaraq analiz üçün Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatına (EODY) göndərilib.

Hadisə ilə bağlı Yunan hökumətindən hələlik rəsmi açıqlama verilməyib. Polis və digər müvafiq qurumlar zərfdən götürülmüş nümunələrin laborator analiz nəticələrini yaxın günlərdə ictimaiyyətə təqdim edəcəklərini bildiriblər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
azpolitika.info

3Mənbələr