AZ

Ağdam Sənaye Parkında yeni rezident

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan-Çin birgə kapitallı "Fujiai Azerbaijan" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentli məlumat yayıb.

Bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının bir hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3.7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
26
oxu.az

10Mənbələr