BAKI, 8 iyul. TELEQRAF
Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ildə asılı müəssisələrə yönəltdiyi investisiyalar 2,279 milyon manat, birgə müəssisələrə yatırdığı investisiyalar isə 563 milyon manat təşkil edib. Şirkətin asılı müəssisələrə investisiyaları 53.25%, birgə müəssisələrə investisiyaları isə 92.64% azalıb. İki istiqamət üzrə ümumi investisiya məbləği 2,842 milyon manat olub.
Teleqraf SOCAR-ın maliyyə hesabatına əsasən xəbər verir ki, asılı müəssisələrə yatırılan vəsaitin əsas hissəsi inteqrasiya olunmuş qaz (569 milyon manat) və sair fəaliyyətlərə (1,694 milyon manat) yönəldilib.
Birgə müəssisələrə investisiyalarda ən böyük məbləğ xidmətlər üzrə (263 milyon manat) qeydə alınıb. Bundan əlavə, satış və ticarət (196 milyon manat) və işlənmə və hasilat əməliyyatları (40 milyon manat) sahələrinə də vəsait ayrılıb.