AZ

Acarıstan hökumətinin özünə qəsd edən keçmiş başçısının vəziyyəti stabil-ağırdır

Acariya Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadzenin səhhəti hazırkı mərhələdə stabil-ağır olaraq qalır.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Birinci Universitet Klinikasının direktoru Levan Ratiani bildirib.

"Onun ümumi vəziyyəti hazırkı mərhələdə stabil-ağır olaraq qalır. Bütün istiqamətlər üzrə həkim və mütəxəssislərlə məsləhətləşmələr və müayinələr aparılır", - o qeyd edib.

Qeyd edək ki, T.Rijvadze iyulun 7-də güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) yerləşən klinikaya çatdırılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb.

Seçilən
36
report.az

1Mənbələr