AZ

Zelenski hökumətdə böyük dəyişikliklərə hazırlaşır

BAKI, 8 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Rusiya ilə müharibə başlayandan bəri hökumətdə ən böyük kadr dəyişikliklərini həyata keçirə və eyni zamanda ABŞ-dəki səfir Oksana Markarovanı vəzifədən uzaqlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məsələ ilə tanış olan üç mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündə Ukraynanın Vaşinqtondakı səfirini dəyişəcəyini vəd edib.

Qəzet yazır ki, bu dəyişikliklər ölkə kabinetindəki genişmiqyaslı yenidənqurma ilə eyni vaxtda baş tuta bilər.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr