Rusiya Dövlət Duması Andrey Nikitinin nəqliyyat naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, bir sıra nazirlərin, o cümlədən nəqliyyat nazirinin təyinatı Prezident tərəfindən Dövlət Dumasının razılığı ilə həyata keçirilir.
Xatırladaq ki, daha əvvəl Dövlət Dumasının nəzarət komitəsinin sədri Oleg Morozov bildirib ki, Nikitinin namizədliyi 8 iyul tarixində parlamentdə müzakirəyə çıxarılacaq.
Gülayə Mecid